Azərbaycanlı gənc demokratiya naminə 20 min km pedal çevirəcək

Azərbaycandan “demokratiya” naminə yola çıxan və Afrikaya üz tutan Yaşar Xudiyev Türkiyənin Kastamonu əyalətinə çatıb

Yaşar Demokratiya naminə 20 min km məsafə qət etməyi hədəfləyib. Yaşar keçən il Amerikanı başdan sonacan gəzib. “Demokratiya üçün pedal çevirirəm” deyən Xudiyev,Kastamonu, Zonquldağ, İstanbul və Edirnedən sonra Bolqarıstan, Macarıstan, Slovakiya, İsveçrə, Avstriya, Almaniya, Fransadan sonra  İspaniyaya keçəcəyini bildirib.

Sponsoru olmadan səyahət etdiyini və günə 7 türk lirəsi xərclədiyini deyən Yaşar “Türklər çox yaxşı insandır. Harda rastlasalar yemək və çay təklif edirlər. Hələ ki, pis insanla qarşılaşmamışam” deyərək əlavə edib.

Yaşar velosiped idmanı və mədəniyyətini yaymağı da hədəfləyir.