Gəncədə avtobus qəzasında xəsarət alanlar var

Şərti foto
Şərti foto

Yaralılar xəstəxanaya yerləşdiriliblər

Gəncə şəhərində Nizami Gəncəvi prospektində sərnişin avtobusu qəzaya düşüb.

Şəhər daxilində sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ-21015” markalı minik avtomobili toqquşub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Bu barədə “Report” agentliyi məlumat yayıb.

Azərbaycanda avtobusların iştirakı ilə müxtəlif dərəcəli qəzalar tez-tez baş verir.

Oktyabrda Bakının Binə qəsəbəsinə gedən 160 saylı xətt avtobusu iki dəfə yol qəzası törətmişdi. Oktyabrın 1-də həmin xətt üzrə hərəkət edən marşrut avtobusunun qatarla toqquşması nəticəsində 3 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Oktyabrın 6-da isə Bakıda 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşmuşdu və 3 nəfər xəsarət almışdı.